Türkiyədən sifarişlərinizin Bakı ofisimizə çatdırılması 4-5 gün ərzində həyata keçirilir. Bağlamalar ofislərimizə daxil olduqdan 3 saat sonra təhvil verilməyə başlanılır.
Əgər sizin sifarişinizin yerinə yetirilməsi zamanı hər hansı problem yaranırsa ( məhsul stokda tükənə bilər və s) həmin vaxt ödədiyiniz məbləğ sizə geri qaytarılır. Ödənişin kart hesabınıza geri qayıtması, 5-15 gün, bəzi bankların iş sistemindən asılı olaraq daha çox vaxt tələb edə bilər.
Bağlamanı təhvil almaq üçün sifarişçi şəxsin şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi) əsli tələb olunur.
Sifariş verərkən kartınızdan kəsiləcək tranzaksiya faizi kartınızın aid olduğu bank tərəfindən müəyyənləşdirilir.

Sifarişlərin alınması iş saatları ərzində, cavablandırma isə 9:00-22:00 arasında mümkündür.

Fətəli Xan Xoyski küç. 81 (Gənclik metrosunun Caspian Shopping Center tərəfdən olan çıxışının yaxınlığında.
Sizin istənilən ölkədəki saytdan etdiyiniz sifarişin bizim həmin ölkədəki anbarımıza çatdırılması həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. O şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür. Bəzi saytlarda alış-verişinizin məbləği yüksək olduqda ölkədaxili karqo pulu alınmır.

Bağlamanın tərəflərinin cəmi ( en, hündürlük, uzunluq) 60 sm və daha çox olarsa, bağlamanın həm həcm, həm də fiziki çəkisi hesablanır. Hansı çəki yüksək olarsa, daşınma haqqı ona əsasən hesablanır. Həcmi çəkinin hesablanması üçün En x Hündürlük x Uzunluq / 6000 standartı tətbiq edilir. 

Bunun üçün Azərpoçt xidmətlərindən istifadə edərək, alınmış məhsulu mağazaya geri göndərə bilərsiniz.
Sifarişinizin xaricdəki anbara çatdırılması satıcı firmadan asılıdır. Satıcı firma çatdırılma müddəti 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzana bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan 4-5 gün sonra bağlamanız Bakıda olur.
Əgər Sizin kartınız alış-veriş etmək istədiyiniz saytda qəbul olunmursa, o zaman biz sizə "Sifariş et" xidmətini təklif edirik. Əvvəlcə bizim saytda qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan dərhal sonra yaranmış "Profilim" bölməsinə daxil olursunuz və "Sifariş et" bölməsindən bəyəndiyiniz məhsulun linkini seçib əlavə edirsiniz. Sistem sizə məhsulun qiymətini, ölçüsünü, sifariş etdiyiniz ölkədaxili karqo qiymətini əlavə etməklə yekun məbləği təqdim edəcək. ( Bu məlumatlardan hər hansı biri olmadıqda, onu özünüz əlavə edirsiniz) Linkləri saytımıza göndərdikdən sonra bizim hesabımıza yekun məbləği ödəyirsiniz və biz həmin məhsulu sizin üçün alırıq. Belə olan halda Bəyannamə də bizim əməkdaşlar tərəfindən əlavə edilir.
Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər 30 təqvim günü ərzində kommersiya məqsədi olmadan 300 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilərlər. Bu limit daşıma haqqı daxil olmaqla nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır:


1.Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika.
2.Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat, müxtəlif zəhərləyicilər.
3.Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar.
4.Təzyiq altında olan məhsullar ( spreylər, boyalar, parfumeriya, hava yastığı, quru şampun və s.)
5.Tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar.
6.Qida, spirtli içkilər, tütün və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar.
7.Heyvanlar, bitki və toxumlar.
8.Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat.
9.Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
10.Pul əskinasları, sikkələr.
11.Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.

12.Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar)  

13. Müxtəlif növ batereyalar və powerbanklar

14. Qeyd: Air telefonların daşınmasını həyata keçirmirik.

Bəzən sifarişiniz satıcı firma, yəni sifariş etdiyiniz online mağaza tərəfindən ləğv edilir. Əgər sifariş Airex şirkəti tərəfindən edilibsə və online mağaza sifarişin ləğvi barədə şirkətə məlumatlandırma email-i göndəribsə, şirkət də sifarişçiyə bu barədə məlumat verir. Bəzən online mağazalar sifarişi ləğv etmə səbəbi barədə heç bir məlumat vermir, həmin vaxt Airex şirkəti də sifarişçiyə yalnız sifarişin ləğv olunması barədə məlumatı çatdırır və ödəniş məbləğini geri qaytarır.
Sizin bağlamanız bizim xarici və yerli anbarın hərbirində yalnız 15 gün saxlanılır. 15 gündən 60 günədək isə yükün saxlanıldığı hər gün üçün əlavə 20 qəpik tələb olunacaq. 60 gündən sonra bağalamanız şirkətin balansına keçir.
Hər hansı bir maye məhsulu Türkiyədən idxal olunur. Ətirlər, şampunlar, saç kremləri, kosmetika və sairə məhsul sifarişi mümkündür. Maye məhsulları həftədə bir dəfə Türkiyədən gətirilir. Maye məhsullarının gətirilməsi tarifləri ilə standart tariflər fərqlənmir.

Müştəri panelindəki "Bəyan et" bölməsi "Həvalə et" xidmətindən istifadə etməyən müştərilərimizin, xarici anbarımıza daxil olan bağlamalarını öncədən bəyan etmələri üçün mövcuddur. Bu bölməyə daxil olan müştəri müvafiq olaraq aldığı bağlamanın hansı səhifədən (məs: trendyol.com) aldığını, bağlamanın trek nömrəsini, kateqoriyasını, alış qiymətini qeyd etməli, həmçinin fakturanı müvafiq hissəyə yükləməlidir. Baş verəcək hər hansı bir yanlışlığın qarşısının alınması üçün zəhmət olmasa bağlamalarınızı erkən bəyan edin. 

Qeyd: "Trek nömrə" hissəsinə bağlamanın sifariş nömrəsini və yaxud karqo izləmə kodunu qeyd etməlisiniz.

Saytımızda şəxsi kabinetinizə daxil  olaraq onlayn şəkildəbalansınızı artıra bilərsiniz. Eyni zamanda E-manat terminalları və Hesab.azonlayn platforması vasitəsiylə də balansınızı artıra bilərsiniz.

Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya Trek nömrə (İzləmə nömrəsi) təyin edir. Bu nömrələr bağlamaların bəyan olunması üçün lazımdır. Xaricdən sifarişlər zamanı saytımızın “Bəyan et” bölməsində “Trek nömrə” (İzləmə nömrəsi) xanasını doldurmaq lazımdır. Trek nömrə Türkiyədaxili karqo firmalarında müvafiq olaraq aşağıdakı formada olur:

Trendyol Express - Gönderi Numarası

Yurtiçi Kargo - Gönderi Kodu

Aras Kargo - Kargo Takip Numrası

MNG Kargo - Fatura No

Sürat Kargo - Seri/Sıra numarası

Bölgələrə çatdırılma Azərpoçt şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.  Bağlamalarınız poçta təhvil verildikdən sonra 2-3 iş günü ərzində qeyd etdiyiniz bölgədəki Azərpoçt filialına çatdırılır.

Kuryer ilə şəhərdaxili çatdırılma, sifarişin növbəti günündə həyata keçirilir.

Ödəniş tarifləri çatdırılma ediləcək əraziyə görə dəyişir. Siz bir neçə bağlama üçün yalnız bir ödəniş edirsiniz.