İstifadəçi Razılaşması
www.airex.az veb-saytı (bundan sonra müvafiq hallarda “veb-sayt” və ya “sayt” adlandırılacaq) AIREX-ə (bundan sonra müvafiq hallarda “biz” adlandırılacaq) məxsusdur və onun tərəfindən idarə olunur.
Bizimlə əlaqə saxlamaq üçün info@airex.az elektron poçt ünvanına e-mail göndərə bilərsiniz.
İstifadə Şərtlərin Qəbulu
Bu Veb-saytın İstifadə Şərtləri bizimlə sizin aranızda hüquqi razılaşma təşkil edir. Veb-saytdan istifadə etməklə siz bu İstifadə Şərtlərini qəbul etdiyinizi və onlara əməl etməyi öhdənizə götürdüyünüzü təsdiq edirsiniz. Hər hansı səbəbdən bu şərtləri tam və ya qismən qəbul etmirsinizsə, bu veb-saytdan istifadə etməməli və saytı tərk etməlisiniz.
İstifadə şərtləri əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. İstifadə şərtlərinə edilən dəyişikliklər və ya əlavələr bu saytda dərc edildiyi andan etibarən qüvvəyə minir. Sayt istifadəçiləri İstifadə Şərtlərinin ən son versiyası ilə tanış olmaq və ondan xəbərdar olmaq üçün məsuliyyət daşıyırlar. İstifadə Şərtlərinin ən son versiyasından xəbərdar olmaq üçün bu saytda dərc olunan İstifadə Şərtlərini mütəmadi olaraq yoxlamağınızı tövsiyə edirik.
Məlumatlardan İstifadə və Məhdudiyyətlər
Bu İstifadə Şərtləri üzrə bütün öhdəliklərinizə əməl etmək şərtilə, bu veb-saytda yerləşdirilən məlumatlara baxmağa, onları köçürməyə, çap etməyə və paylaşmağa icazə verilir (məlumatların əsas məzmununa xələl gətirməmək şərtilə):
- Belə istifadə yalnız məlumatlandırma və qeyri-kommersiya məqsədləri üçün həyata keçirilməlidir;
- Məlumatların nüsxəsində müəllif hüququ bildirişi və ya məzmuna aid digər bildiriş yer almalıdır.
Eyni zamanda, siz veb-sayt vasitəsilə bizə sorğu göndərərkən formada daxil etdiyiniz şəxsi və digər məlumatların tərəfimizdən istifadə edilə biləcəyini təsdiq edirsiniz. Bununla siz Məxfilik Siyasətimizin şərtlərini, habelə müvafiq olaraq sizin üçün müəyyən edilmiş öhdəlikləri qəbul edirsiniz.
Veb-saytımızdan istifadə etdikdə və ya bizə elektron poçt göndərdikdə, bizimlə elektron şəkildə əlaqə saxlamış olursunuz. Bununla siz veb-saytdan istifadənizlə bağlı hər hansı kommunikasiyanın elektron şəkildə qəbul edilməsinə razılıq verirsiniz. Biz sizinlə elektron poçt vasitəsilə və ya veb-saytda bildirişlər yerləşdirməklə əlaqə saxlayacağıq. Tərəfimizdən sizə göndərilməsi nəzərdə tutulan bütün bildirişlər sizin təqdim etdiyiniz elektron poçt ünvanına və ya mobil nömrəyə göndərildiyi andan etibarən çatdırılmış və qüvvəyə minmiş hesab olunur.
İstinad Məsələləri və Məsuliyyətdən İmtina
Bu veb-saytdakı bəzi keçidlər AIREX-in digər şirkətləri və ya onların əməkdaşları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, nəzarətimiz altında olmayan üçüncü tərəflərin veb-saytlarına, resurslarına və ya alətlərinə yönləndirə bilər. AIREX bu veb-saytlarda yerləşdirilən məlumatların dəqiqliyinə və uyğunluğuna zəmanət vermir. Yuxarıda qeyd olunan keçidlər yalnız məlumatlandırma məqsədi daşıyır və istifadəçinin rahatlığı üçün təqdim olunur.
Biz öz mülahizəmizə əsasən, istənilən vaxt veb-saytımıza edilən istinadların hamısını və ya hər hansı birini silmək hüququnu özümüzdə saxlayırıq. Siz həmçinin razılaşırsınız ki, bizim tələbiniz əsasında veb-saytımıza edilən bütün istinadları dərhal silməlisiniz.
Əqli Mülkiyyət Hüquqları
Bu veb-sayta daxil edilmiş və ya veb-saytda təsvir edilmiş əqli mülkiyyət hüquqları ilə qorunan obyektləri (hər hansı proqram təminatı, əmtəə nişanları və s.) köçürmək və ya istifadə etmək hüququnuz yoxdur. AIREX-ə daxil olan digər şirkətlərin əməkdaşları və ya digər şirkətlərin əmtəə nişanlarına edilən istinadlar yalnız identifikasiya məqsədi daşıyır. Bu İstifadə Şərtləri sizə digər tərəflərin (əməkdaşların) və ya Qrupa daxil olan digər şirkətlərin əmtəə nişanlarından istifadə etmək hüququ vermir.
Tənzimləyici Hüquq və Əlaqə
Bu İstifadə Şərtləri ilə əlaqədar yaranan və müqavilə xarakteri daşımayan hər hansı öhdəliklər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir və şərh edilir. Siz Azərbaycan Respublikasının məhkəmələrinin müstəsna yurisdiksiyasına tabe olmağa razılaşırsınız.
Bu İstifadə Şərtləri ilə bağlı hər hansı sualınız, şikayətiniz və ya təklifiniz varsa, aşağıdakı elektron poçt ünvanı ilə bizimlə əlaqə saxlaya bilərsiniz info@airex.az