Məxfilik Siyasəti
AIREX sizin məxfiliyinizə hörmətlə yanaşmağı və tətbiq olunan məlumatların qorunması və məxfilik qanunvericiliyinə riayət etməyi öhdəsinə götürür. Siz özünüz barədə hər hansı fərdi identifikasiya məlumatını açıqlamadan (http://www.airex.az) (“Sayt”) internet səhifəsinə daxil ola bilərsiniz.
Bu Məxfilik Siyasəti veb-saytımıza hər daxil olduğunuz zaman məlumatlarınızı necə topladığımızı, istifadə etdiyimizi və qoruduğumuzu anlamağınıza kömək etmək məqsədilə hazırlanmışdır. Şəxsi məlumatlarınızı necə emal etdiyimiz barədə ətraflı məlumat əldə etmək üçün aşağıdakı müddəaları diqqətlə oxumağınızı xahiş edirik.
Şəxsi Məlumatların Toplanması
Şəxsi məlumatlarınızı yalnız sizin məlumatınız və razılığınız əsasında, əsasən müvafiq formaları doldurduğunuz, müştəri sorğuları göndərdiyiniz və ya tərəfimizdən göndərilən kommunikasiyalara cavab verdiyiniz zaman toplayır və istifadə edirik.
Toplaya biləcəyimiz şəxsi məlumatlara adınız, poçt ünvanınız, telefon nömrəniz, elektron poçt ünvanınız və qeydiyyat zamanı təqdim etdiyiniz digər məlumatlar daxil ola bilər. Şəxsi məlumatlarınızı bizə təqdim etməyi seçdiyiniz halda, həmin məlumatlar sizin tərəfinizdən bildirilmiş üstünlüklər nəzərə alınmaqla, məlumatların toplanması zamanı göstərilən nəzərdə tutulmuş məqsədlər üçün istifadə ediləcəkdir.
Siz bizə məlumat təqdim etməklə, məlumatlarınızın bu məxfilik siyasətinə uyğun olaraq emal edilməsinə razılıq verdiyinizi təsdiq edirsiniz.
Şəxsi Məlumatlardan İstifadə
Şəxsi məlumatlarınızdan açıq şəkildə tələb etdiyiniz xidmət və həlləri təqdim etmək, mübahisələri həll etmək, yaranan problemləri aradan qaldırmaq, təhlükəsiz xidmətlərin təşviqinə dəstək olmaq, xidmətlərimizə olan marağınızı qiymətləndirmək, sizi təkliflər, məhsullar, xidmətlər və yeniliklər barədə məlumatlandırmaq, istifadəçi təcrübənizi fərdiləşdirmək, xətaları, fırıldaqçılıq hallarını və digər qanunsuz fəaliyyətləri aşkar etmək və onların qarşısını almaq, habelə şərtlərimizi və qaydalarımızı tətbiq etmək və digər müvafiq məqsədlər üçün istifadə edirik.
Bəzən sizdən könüllü əsasda onlayn sorğularda iştirak etməyinizi xahiş edə bilərik. Bu sorğular zamanı əlaqə məlumatları və demoqrafik məlumatlar (məsələn, poçt indeksi, yaş, cins və s.) tələb oluna bilər. Bu məlumatlardan veb-saytımızdan istifadə təcrübənizi fərdiləşdirmək məqsədilə istifadə edirik. Sorğular könüllü olduğundan, təqdim etdiyiniz hər hansı şəxsi məlumat sizin tərəfinizdən könüllü şəkildə təqdim edilmiş hesab olunur.
Məlumatların Paylaşılması
Şəxsi məlumatların istənilən növünü yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq təqdim edirik. Cinayət fəaliyyətinin qarşısının alınması və ondan müdafiə məqsədilə məlumatların ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyinin müvafiq müddəalarına ciddi riayət edilməklə hüquq-mühafizə orqanlarına və dövlət məhkəmələrinə təqdim edilməsini nəzərdə tutur.
Informasiya Təklükəsizliyi
Nəzərinizə çatdırırıq ki, internet üzərindən həyata keçirilən hər hansı kommunikasiya, o cümlədən elektron poçt və digər vasitələrlə göndərilən məlumatlar şifrələnmədiyi halda təhlükəsiz hesab edilmir. Ümumdünya Şəbəkəsinin iş prinsiplərinə uyğun olaraq, kommunikasiyanız təyinat yerinə çatdırılana qədər bir neçə ölkə üzərindən yönləndirilə bilər. Şirkətimiz nəzarətimizdən kənarda baş verən hər hansı icazəsiz giriş və ya şəxsi məlumatların itirilməsinə görə məsuliyyət daşımır.
Məxfilik Məsələləri ilə bağlı Dəstək
Şirkətimiz bu Məxfilik Siyasətinə istənilən vaxt dəyişiklik və əlavələr etmək, habelə tətbiq olunan məlumatların qorunması və məxfilik qanunvericiliyində baş verən dəyişikliklərə uyğun olaraq onu yeniləmək hüququnu özündə saxlayır.
Məlumatların qorunması və məxfilik siyasətimizlə bağlı hər hansı sualınız yaranarsa, bizimlə aşağıdakı telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz: +994 12 496 50 00
Veb-saytımızda naviqasiya edərkən nəzərə alın ki, sizə ən yaxşı istifadə təcrübəsini təqdim etmək məqsədilə kukilərdən (cookies) istifadə edirik.