AIREX və Baku City Residences arasında əməkdaşlıq memorandumu imzalandı!

Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisinə hazırlıq çərçivəsində Gold+ sponsorumuz olan Baku City Residences ilə əməkdaşlıq memorandumuna imza atdıq.

Baku City Residences müasir memarlığı və yüksək keyfiyyət standartlarını birləşdirən yaşayış kompleksləri ilə yerli və xarici alıcılara, eləcə də investorlara müxtəlif imkanlar təqdim edir.

4-6 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək AIREX Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi olaraq yerli və xarici şirkətləri, investorları və alıcıları bir araya gətirəcək.
Sərgidə Baku City Residences və digər iştirakçıların layihələri ilə tanış ola, investisiya imkanlarını dəyərləndirə və panel müzakirələrində sahə ekspertlərinin fikirlərini dinləyə bilərsiniz.

Yeni layihələr, investisiya imkanları və biznes əlaqələri üçün AIREX-də görüşək!

📅 4-6 Noyabr 2026
📍 Bakı Ekspo Mərkəzi
🎟️ Qeydiyyat ödənişsizdir!