AIREX və AMCHAM Azərbaycan əməkdaşlığa start verdi!
AIREX beynəlxalq daşınmaz əmlak sərgisinə hazırlıq çərçivəsində AMCHAM Azərbaycan (@amchamazerbaijan) ilə əməkdaşlıq memorandumu imzaladıq.
AMCHAM Azərbaycan (Azərbaycandakı Amerika Ticarət Palatası) iqtisadiyyatın bütün sektorlarını əhatə edən 280-dən çox üzv şirkəti birləşdirən aparıcı biznes assosiasiyasıdır.
Daşınmaz əmlak sahəsində ölkəmizdə beynəlxalq səviyyədə keçirilən ilk sərgi olan AIREX (Azerbaijan International Real Estate Exhibition), noyabrın 4-dən 6-dək Bakı Ekspo Mərkəzində baş tutacaq. Tədbir xarici investorlara regionun layihələri ilə tanış olmaq, yerli investorlara isə beynəlxalq layihələrə birbaşa çıxış imkanı yaradacaq.
Yeni tərəfdaşlıqlar qurmaq və potensial müştərilərlə birbaşa əlaqə yaratmaq üçün AIREX-dəki yerinizi indidən rezerv edin!
📞 *0776
📨 info@airex.az
📆 4-6 November, Baku Expo Center
Bizimlə Əlaqə
AIREX-də iştirak etməyə hazırsınız? Sərgidə iştirakçı şirkət olmaq, sponsorluq və ya ziyarət imkanlarını müzakirə etmək üçün komandamızla əlaqə saxlayın.