AIREX və Times Consulting əməkdaşlığını genişləndirir!
AIREX daşınmaz əmlak sərgisinə hazırlıq çərçivəsində Times Consulting (@times.consulting) ilə əməkdaşlıq memorandumu imzaladıq.
Times Consulting Azərbaycanda açıq hava və rəqəmsal açıq hava reklamı (OOH və DOOH) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdəndir. Şirkət brendlər üçün media planlaşdırılması, uyğun reklam məkanlarının seçilməsi, auditoriya və lokasiya təhlili, eləcə də kampaniyaların icrası və optimallaşdırılması xidmətləri təqdim edir.
Ölkəmizdə daşınmaz əmlak sahəsində beynəlxalq miqyasda keçirilən ilk sərgi olan AIREX, 4-6 Noyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq. Sərgi çərçivəsində xarici investorlar regionun yerli layihələri ilə tanış olmaq, yerli investorlar isə beynəlxalq layihələrə birbaşa çıxış əldə etmək imkanı qazanacaqlar.
Yeni partnyorluqlar qurmaq və potensial müştərilərə birbaşa çıxış əldə etmək üçün AIREX-də öz yerinizi tutmağa tələsin.
📞 *0776
📆 4-6 Noyabr, Bakı Ekspo Mərkəzi
Bizimlə Əlaqə
AIREX-də iştirak etməyə hazırsınız? Sərgidə iştirakçı şirkət olmaq, sponsorluq və ya ziyarət imkanlarını müzakirə etmək üçün komandamızla əlaqə saxlayın.