AIREX və PAŞA Real Estate Qrup əməkdaşlığını genişləndirir!
AIREX daşınmaz əmlak sərgisinə hazırlıq çərçivəsində baş sponsorlarımızdan biri olan PAŞA Real Estate Qrup ilə əməkdaşlıq memorandumu imzaladıq
AIREX - PASHA Property Management tərəfindən təşkil olunan və ölkədə beynəlxalq miqyasda keçirilən ilk daşınmaz əmlak sərgisi 4–6 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq. Sərgi çərçivəsində xarici investorlar regiondakı yerli layihələrlə tanış olmaq, yerli investorlar isə beynəlxalq daşınmaz əmlak layihələrinə birbaşa çıxış əldə etmək imkanı qazanacaqlar.
"Bakı regionumuzun tarixində ən əhəmiyyətli sərgilərdən birinə ev sahibliyi etməyə hazırdır. AIREX Azərbaycan və xarici ən böyük developer və investorları bir araya gətirəcək. Lakin bundan daha önəmlisi, tikinti və developing ilə məşğul olanlarla daşınmaz əmlak alıcaları bir araya gətirəcək. İnanırıq ki, bu platforma ölkəmizdə daşınmaz əmlak sektoru üçün dönüş nöqtəsi olacaq" - deyə PASHA Property Management şirkətinin Baş İcraçı Dİrektoru, Tural Əliyev bildirib.
Yeni tərəfdaşlıqlar qurmaq və potensial müştərilərə birbaşa çıxış əldə etmək üçün bu gün AIREX-də yerinizi rezerv edin.
📞 *0776
📨 info@airex.az