AIREX və PMD arasında əməkdaşlıq başladı!

Beynəlxalq daşınmaz əmlak sərgisi AIREX-ə hazırlıq prosesi çərçivəsində PMD (@pmd.az) ilə əməkdaşlıq memorandumuna imza atdıq.

PMD daşınmaz əmlakın inkişafı, investisiyası və idarə olunması istiqamətində Azərbaycanın qabaqcıl şirkətlərindən biridir.

Ölkəmizdə daşınmaz əmlak sahəsində beynəlxalq formatda təşkil olunan ilk sərgi olan AIREX (Azerbaijan International Real Estate Exhibition) noyabrın 4-6-da Bakı Ekspo Mərkəzində keçiriləcək. Tədbir xarici investorlara region layihələri ilə yaxından tanış olmaq, yerli investorlara isə beynəlxalq layihələrə birbaşa çıxış əldə etmək imkanı təqdim edəcək.

Yeni tərəfdaşlıqlara yol açmaq və potensial müştərilərlə birbaşa ünsiyyət qurmaq üçün AIREX-dəki yerinizi elə indidən rezerv edin!

📞 *0776
📆 4-6 November, Baku Expo Center